Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə antiterror əməliyyatı zamanı şəhid olanların xatirəsi anılıb

22 sentyabr 2026 | 17:17

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Şəki rayonunda da ehtiramla yad edilib.

Sentyabrın 21 və 22-də Şəki şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının, rayon Ağsaqqallar Şurasının nümayəndələri, şəhid valideynləri, qazilər, kənd ictimaiyyətinin nümayəndələri antiterror tədbirləri zamanı şəhadətə yüksəlmiş rayonun Cumakənd kənd sakini, kiçik gizir Əhmədov Rizvan Niyazi oğlunun və  Aşağı Layısqı kənd sakini, əsgər İdrisov Bəxtiyar İxtiyar oğlunun məzarlarını ziyarət edib, əziz xatirələrini dərin hörmət və ehtiramla yad ediblər.

Mərasimlərdə şəhidlərimizin ruhuna dualar oxunub, onların vətənpərvərliyindən və şücaətindən danışılıb, Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalq tərəfindən daim əziz tutulduğu bildirilib.

Keçidlər