Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Aqrar İnnovasiya Festivalı keçiriləcək

07 avqust 2023 | 12:15

Avqustun 11-də Şəkidə Heydər Əliyev Parkında Aqrar İnnovasiya Festivalı keçiriləcək.

AZƏRTAC Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, festival çərçivəsində innovativ texnologiya və avadanlıqların nümayişi ilə yanaşı, toxum sərgi-satış yarmarkası keçiriləcək. Aqrar innovasiyaların təbliği və təşviqi, fermerlər və sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində keçirilən festivalda yerli şirkətlər innovativ suvarma texnikaları, müxtəlif təyinatlı çoxfunksiyalı dronlar, zərərvericilərə qarşı yeni mübarizə vasitələri, kənd təsərrüfatı üçün alternativ enerji mənbələri, həmçinin yeni təşəkkül tapmış yüksək məhsuldarlıq göstəricilərinə malik yem bitkiləri kimi innovativ məhsul və texnologiyalarını nümayiş etdirə biləcəklər. Aqrar innovasiyaların kənd təsərrüfatı məhsul istehsalçılarına əlçatanlığının təmin edilməsi məqsədilə Aqrar İnnovasiya Mərkəzi tərəfindən ölkənin müxtəlif bölgələrində innovasiya festivalları keçirilir.

İndiyədək belə festivallar Gəncə, Füzuli, Lənkəran, Quba, Ucar, Qobustan, Ağstafa, Zaqatala, İmişli rayonlarında təşkil olunub.

Keçidlər