Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə "Arı xəstəlikləri ilə mübarizə" mövzusunda təlim proqramına start verilib

12 avqust 2026 | 17:52

Avqustun 12-də Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin təşkilatçılığı ilə "Arı xəstəlikləri ilə mübarizə" mövzusunda üçgünlük təlim proqramına start verilib. 

Şəki “Marxal Resort & Spa” otelində keçirilmiş tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, başçının birinci müavini Elman İmamverdiyev, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, sədrin müavini Elməddin Namazov, Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov, ekspertlər, Şəkidə arıçılıq fəaliyyəti ilə məşğul olan fermerlər iştirak ediblər.

Açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev və Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov çıxış ediblər.

Təlim proqramı zamanı yerli və beynəlxalq ekspertlərin iştirakı ilə arıçılıq sahəsində aktual mövzular üzrə təqdimatlar keçirilib. Təqdimatlar interaktiv müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Üç gün davam edəcək proqram çərçivəsində Təlimçilər üçün Təlim (Training of Trainers – ToT) proqramı da təşkil olunacaq. Təlimin son günündə isə iştirakçılar Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən nümunəvi arıçılıq təsərrüfatında praktiki məşğələlərə qatılacaqlar.

 

 

Keçidlər