Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Azərbaycan Şərab Turizmi Konfransı: Yerli Terruar. Qlobal Təcrübə” adlı konfrans keçirilib

29 avqust 2026 | 16:35
Avqustun 29-da Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Şəki Şəhər İcra Hakimiyyəti və “Şəki Şərab” MMC-nin birgə təşkilatçılığı ilə Şəkidə “Azərbaycan Şərab Turizmi Konfransı: Yerli Terruar. Qlobal Təcrübə” adlı konfrans keçirilib.
“Marxal Resort & Spa” otelində keçirilən konfransda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Millət vəkili Vüqar İskəndərov, Dövlət Turizm Agentliyinin yanında Qoruqların İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli, Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid, Global Şərab Turizmi Təşkilatının rəhbəri Jose Antonio Vidal, Global Şərab Turizmi Təşkilatının Akademiyasının rəhbəri Fransisko Xavyer Sançes Verdexo, şərabçılıq müəssisələrinin, turizm şirkətlərinin nümayəndələri, üzümçülük və şərabçılıq üzrə mütəxəssislər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Qastronomiya turizminin və enoturizmin inkişafı perspektivlərinə həsr olunmuş tədbirdə çıxış edənlər enoturizm sahəsində beynəlxalq təcrübədən, bu təcrübənin Azərbaycanda tətbiqindən, ölkəmizdə şərabçılığın inkişafından, yerli istehsalçıların dəstəklənməsi sahəsində görülən işlərdən danışıblar.
Tədbirdə Şəki rayonunda enoturizmin inkişafına göstərdiyi dəstəyə görə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova Global Şərab Turizmi Təşkilatının sərtifikatı təqdim edilib.
Keçidlər