Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda tədbir keçirilib

29 aprel 2023 | 18:55

“Heydər Əliyev İli” çərçivəsində Şəki Şəhər İcra Hakimiyyəti ilə Yeni Azərbaycan Partiyası Şəki rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda tədbir keçirilib.

Şəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Şəhər İcra Hakimiyyəti və YAP Şəki rayon təşkilatının nümayəndələri, ziyalılar, partiya fəalları və gənclər iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən, xüsusilə də müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan xalqın təkidi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından, Yeni Azərbaycan Partiyasının yaranmasından, qısa müddətdə ictimai-siyasi sabitliyin formalaşmasından, atəşkəsin elan olunmasından bəhs ediblər.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas edib. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmiz böhrandan çıxmış, həmin dövrdə Ulu Öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoymuş və dünyada tanınmağa başlamışdır.

Vurğulanıb ki, Ulu Öndərin daxili və xarici siyasət kursu, dövlət quruculuğu konsepsiyası Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir və yeni çalarlarla zənginləşdirilir.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş olunub.

Keçidlər