Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Azərbaycanın görkəmli rəssamı Mirzə Qədim İrəvaninin 200 illik yubileyi ilə bağlı rəsm sərgisi təşkil olunub

13 may 2025 | 17:54

Mayın 13-də Şəki Şəhər İcra Hakimiyyəti ilə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə  Azərbaycanın görkəmli rəssamı Mirzə Qədim İrəvaninin 200 illik yubileyi ilə bağlı rəsm sərgisi təşkil olunub.

Şəki Heydər Əliyev Mərkəzində təşkil olunan sərgidə Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbər şəxsləri, rəssamlar, mədəniyyət işçiləri, gənclər iştirak edib.

Qeyd olunub ki, Azərbaycan portretçisi və ornamentalist rəssamı Mirzə Qədim İrəvani 1825-ci ildə İrəvan xanlığının paytaxtı İrəvan şəhərində anadan olub. O, Azərbaycan panel rəssamlığının əsasını qoyub. Əsasən, tikmə üçün olan trafaret rəsmləri, divar naxışları, zərgərlik məmulatları, lakla çəkilmiş rəsm əsərləri və şüşə rəssamlığı  ilə tanınır.

Bildirilib ki, Prezident İlham Əliyev Azərbaycanın görkəmli rəssamı Mirzə Qədim İrəvaninin anadan olmasının 200 iliyinin qeyd edilməsi barədə sərəncam imzalayıb.

Vurğulanıb ki, sərgi Azərbaycanın qədim və zəngin tarixə malik ərazilərindən biri olan Qərbi Azərbaycan bölgəsinin görkəmli şəxslərini, milli-mədəni irsimizi tanıtmaq məqsədi daşıyır.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Qeyd olunub ki, Şəki şəhər Uşaq İncəsənət məktəbinin şagirdləri rəssam Mirzə Qədim İrəvaninin əsərlərini öz rəsmrlərində təsvir ediblər.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Emil Bədəlov sərginin təşkilatçılarına öz təşəkkürlərini bildiriblər, bu cür tədbirlərin Azərbaycan mədəniyyətinin qorunması və gənc nəslin milli irsə bağlılıq ruhunda tərbiyə olunmasına böyük töhfə verirdiyini vurğulayıblar.

Sərgi Şəki şəhər 2 №-li Uşaq Musiqi məktəbinin təşkil etdiyi bədii hissə ilə başa çatıb.

Keçidlər