Şəkidə Azərbaycanın Sərhəd Mühafizəsinin 105-ci ildönümü qeyd olunub
Azərbaycanın Sərhəd Mühafizəsinin 105-ci ildönümü və Azərbaycan sərhədçilərinin peşə bayramı münasibətilə Şəki şəhərində təntənəli tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Şəkidəki Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Şəki Sərhəd Dəstəsində keçirilən tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin gənc əsgərlərə təbriki oxunub.
Çıxış edənlər Azərbaycan Sərhəd Mühafizəsinin yaranma tarixindən danışaraq sərhədçilərə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini bildirib, şəxsi heyəti peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra xidmətdə fərqlənənlərə mükafatlar təqdim edilib.