Şəkidə bədii gimnastika üzrə 30-cu ölkə birinciliyi keçirilib
22 sentyabr 2025 | 12:09
Sentyabrın 20-21-də Şəki Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 30-cu ölkə birinciliyi keçirilib.
Yarış qarşıdan gələn III MDB Oyunları öncəsi sınaq xarakteri daşıyır. Yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən 13 klubdan 130 gimnast iştirak edib. Onlar balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyaları üzrə fərdi və qrup hərəkətləri proqramlarında – halqa, top, lent və gürzlərlə çıxış ediblər.







