Şəkidə Beynəlxalq Rəqs Günü münasibətilə tədbir keçirilib
Şəki Şəhər İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 29 aprel - Beynəlxalq Rəqs Günü və Şəki şəhər Uşaq İncəsənət məktəbinin müəllimi xareoqraf Xumar Əsədovanın fəaliyyətinin 20 illiyi münasibətilə tədbir keçirilib.
Şəki şəhər Dövlət Dram Tatrında keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, mədəniyyət işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə bildirilib ki, dünyanın əksər ölkələrində olduğu kimi, ölkəmizdə də Beynəlxalq Rəqs Günü təsis olunduğu tarixdən hər il qeyd olunur.
Qeyd olunub ki, Beynəlxalq Rəqs Günü 1982-ci ildə YUNESKO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunub. Bu əlamətdar tarix fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverrin (1727-1810) anadan olduğu gündə qeyd olunur. Günün təsis olunmasında məqsəd ictimaiyyətin diqqətini rəqs sənətinə cəlb etməkdir.
Vurğulanıb ki, Azərbaycanda rəqsin tarixi olduqca zəngin və qədimdir.
Tədbirdə Beynəlxalq Rəqs Gününə həsr olunmuş və xareoqraf Xumar Əsədovaının yaradıcılığını əsk etdirən videoçarx nümayiş olunub.
Sonra X.Əsədovanın və şagirdlərinin ifasında müxtəlif rəqs nümunələri təqdim olunub.
Tədbir musiqi proqramı ilə başa çatıb.







