Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Bizim böyük Qələbəmiz” kitabının təqdimat mərasimi keçirilib

27 aprel 2022 | 15:56

Aprelin 26-da Şəki şəhər Heydər Əliyev Mərkəzində azyaşlılar üçün nəzərdə tutulan “Bizim böyük Qələbəmiz” kitabının təqdimat mərasimi keçirilib.
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən birgə hazırlanan kitabın təqdimat mərasimində şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, müəllimlər, şagirdlər və könüllülər iştirak ediblər.
Öncə mərasim iştirakçıları mərkəzin foyesində rəflərə düzülmüş “Bizim böyük Qələbəmiz” kitabı ilə tanış olublar, burada onlara kitab haqqında qısa məlumat verilib. Mərasim iştirakçıları, həmçinin, mərkəzin foyesində məktəblilərin əl işlərindən ibarət vətənpərvərlik mövzusunda rəsm sərgisinə baxıblar.
Şəki şəhər Heydər Əliyev Mərkəzinin akt zalında keçirilən təqdimat mərasimində çıxış edən Şəki Şəhər İcra hakimiyyəti başçısının müavini Zərinə Cavadova “Bizim böyük Qələbəmiz” kitabı haqqında geniş məlumat verərək,  kitabda tariximizin maraqlı və şanlı səhifəsinin əks olunduğunu, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda aparılan Vətən Müharibəsindən, bu müharibədə Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazalınan tarixi Qələbədən bəhs edildiyini bildirib, kitabla tanış olan azyaşlı uşaqların Zəfər tariximizi daha yaxından öyrənmək imkanı əldə edəcəklərini vurğulayıb.
Sonra tədbir iştirakçıları Şəki Regional Mədəniyyət İdarəsinin 3 saylı uşaq musiqi məktəbinin təqdimatında maraqlı konsert proqramına tamaşa ediblər.
Musiqi məktəninin direktoru Şəmsiyyət Əsgərova çıxış edərək təqdimatı keçirilən kitabın uşaqlarda vətənpərvərlik ruhunun möhkəmləndirilməsində böyük rol oynayacağını bildirib, kitabın müəlliflərinə və Şəki Şəhər İcra Hakimiyyətinə minnətdarlıq edib.
Tədbirin sonunda çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov  “Bizim böyük Qələbəmiz” kitabının kiçik yaşlı uşaqların ölkəmizin tarixini öyrənməsi, onların Vətənə məhəbbət ruhunda tərbiyə olunması sahəsində gözəl bir töhvə olduğunu bildirib, kitabın ərsəyə gəlməsində zəhməti olanlara təşəkkür edib.

Keçidlər