Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə bu il məktəbi bitirən məzunlar üçün "Son zəng" çalınıb

13 iyun 2026 | 17:31
İyunun 13-də Şəkinin ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri keçirilib.
Mərasimlərdə Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Şəki rayonu üzrə təhsil sektorunun, ictimaiyyətin nümayəndələri, məktəblərin kollektivi, valideynlər və şagirdlər iştirak ediblər.
Bayram əhvali-ruhiyyəsi ilə davam edən mərasimlərdə çıxış edənlər əlamətdar gün münasibətilə müəllimləri, şagirdləri və onların valideynlərini təbrik etmiş, məzunlara uğurlar arzulayıblar.
Qeyd olunub ki, Azərbaycanda təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir. Son illər ölkəmizdə müasir standartlara tam cavab verən, bir-birindən yaraşıqlı, modern məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, pedaqoji işçilərin maddi-məişət şəraitləri yaxşılaşdırılır.
Bildirilib ki, 2025-2026-ci tədris ilində Şəki təhsilinin nəticələri uğurlu olub. Şəkidə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 9-cu sinfini 2564, 11-ci sinfini isə 2058 şagird bitirir. Şəkidəki ümumi təhsil müəssisələri üzrə 1832 şagird isə 1-ci sinfi başa vurur.
"Son zəng" mərasimləri məktəblilərin hazırladıqları rəngarəng bədii proqramlarla davam edib.
Keçidlər