Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə çağırış yaşlı gənclərlə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda görüş keçirilib

26 iyun 2023 | 12:09

İyunun 25-də Şəki Şəhər İcra Hakimiyyətinin, SHXÇDX-nin Şəki rayon şöbəsinin və Şəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda çağırış yaşlı gənclərlə görüş keçirilib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri, SHXÇDX-nin Şəki rayon şöbəsinin rəhbərliyi, Vətən müharibəsi veteranları, qazilər və çağırış yaşlı gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyəti başçısının aparatının hüquq şöbəsinin müdiri Ziyad Əliəkbərli açıb, mövzu ətrafında çıxış edib, tədbirin aktuallığına toxunub.

SHXÇDX-nin Şəki rayon şöbəsinin rəisi polkovnik Vüqar Mirzəyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ordu quruculuğunda gördüyü səmərəli işlərdən danışıb, növbəti ay hərbi xidmətə yollanacaq gənclərə uğurlar arzulayıb.

Şəki Şəhər İcra Hakimiyyəti başçısının aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Məmmədov Azərbaycan Ordusunda Heydər Əliyev tərəfindən aparılan islahatlardan bəhs edərək, Ulu Öndərin hakimiyyət dövründə ordu infrastrukturunda yaradılmış yerlər haqqında təqdimatla çıxış edib.

Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçısı Qaçay Abdulayev çağırış yaşlı gənclərə öz əsgərlik xatirələrindən danışıb, gələcək əsgərlə öz tövsiyyələrini verərək uğurlar arzulayıb.

 

Keçidlər