Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirilir.

09 noyabr 2022 | 11:09

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Şəkidə silsilə tədbirlər keçirilir. Keçirilən tədbirlər çərçivəsində tələbələrin, şagirdlərin, ictimaiyyət nümayəndələrinin Dövət Rəmzləri Muzeyinə ekskursiyaları təşkil olunur.

Dövət Rəmzləri Muzeyinə ekskursiyalar zamanı burada sərgilənən eksponatlar barədə geniş və ətraflı məlumat verilib. Bildirilib ki, xalqımızın qədim tarixinin öyrənilməsində, gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında və inkişafında muzeylərin mühüm əhəmiyyəti var. Dövlət Rəmzləri Muzeyindəki eksponatlar Azərbaycanın dövlətçilik tarixini tam əhatə edir.

Azərbaycan Respublikasının Dövlət Bayrağı  haqqında məlumat verilərək bildirilib ki,  bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Dövlətimizin üçrəngli bayrağı Azərbaycanın suverenliyinin və müstəqilliyinin rəmzidir. Şəki şəhərində dövlət bayrağına yüksək ehtiram nümunəsi olaraq Bayraq Meydanında dirəyinin hündürlüyü 72,4 metr olan Azərbaycan bayrağı ucaldılıb. Prezident cənab İlham Əliyevin 2009-cu ildə imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir.

 

 

 

Keçidlər