Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı onlayn təlim keçirilmişdir

11 oktyabr 2023 | 19:25

11 oktyabr 2023-cü il tarixdə “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB-nin  Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının dəstəyi ilə həyata keçirdiyi "Dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı onlayn təlimlərin təşkili” adlı layihə çərçivəsində Şəki Şəhər İcra Hakimiyyətinin və inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları üçün onlayn  təlim keçirilmişdir.

Onlayn təlimin məqsədi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”üzrə Tədbirlər Planının həyata keçirilməsinə yardım göstərilməsi və dövlət qulluqçularının antikorrupsiya qanunvericiliyi, korrupsiya riskləri və onların idarə edilməsi, etik davranış qaydaları, bu qaydaların praktikada tətbiqi sahəsində elmi-nəzəri biliklərin inkişaf etdirilməsinə dəstək göstərməkdir.

Layihə çərçivəsində "Korrupsiya ilə əlaqədar hüquqpozmalar və məsuliyyət" və "Dövlət qulluğunda etik davranış prinsipləri" mövzusunda iki sessiyadan ibarət təlim keçirilmişdir.

Təlim diskusiya şəraitində keçmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər