Şəkidə dövlət qulluqçuları üçün təlimlər keçirilir
Avqustun 20-də Şəkidə Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda çalışan şəxslər üçün təlim keçirilib.
Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən təlimdə Şəki şəhərində fəaliyyət göstərən dövlət qurumlarında çalışan dövlət qulluqçuları iştirak edib.
“Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili” mövzusunda keçirilən təlimdə iştirakçılara ətraflı məlumat verilib. Təlim prosesi qarşılıqlı müzakirə şəklində aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Növbəti günlərdə dövlət qulluqçularına “İş yerində rifahın təmin olunması: Tükənmə və streslə mübarizə” və “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzularında təlimlər keçiriləcəkdir.