Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə dövlət qulluqçuları üçün təlimlər təşkil olunub

17 aprel 2026 | 12:52

Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"ndan irəli gələn vəzifələrin icrası çərçivəsində Şəkidə fəaliyyət göstərən dövlət təşkilatlarında çalışan dövlət qulluqçuları üçün təlimlər təşkil olunub.

Üç gün davam edən və "Ünsiyyət bacarıqlarının inkişafı", "Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi" və "Cəmiyyətə xidmət psixologiyası:Dövlət qulluqçusunun daxili motivasiyası" mövzusunda keçirilən təlimlər qarşılıqlı müzakirə şəklində aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər