Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub

22 iyun 2026 | 16:55

İyunun 22-də Şəki Şəhər İcra Hakimiyyətində Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə toplantı keçirilib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, şəhər icra hakimiyyəti başçısı aparatında və inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçuları iştirak edib.

Toplantıda çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.

Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin dövlətçilik ənənələri onun layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu gün yaşadılır və böyük bacarıqla davam etdirilir. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizdə dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülüb.

Vurğulanıb ki, dövlət qulluğu cəmiyyətin idarə olunmasında mühüm yer tutur və dövlət siyasətinin həyata keçirilməsində əsas icraedici mexanizmlərdən biridir. Hər bir dövlət qulluqçusunun uğuru ümumilikdə dövlətimizin uğurudur.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli Sərəncamı ilə hər il iyun ayının 23-ü dövlət qulluqçularının peşə bayramı kimi qeyd edilir.

Tədbirdə Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə bir qrup dövlət qulluqçusuna Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.



 

Keçidlər