Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə ədliyyə işçilərinin peşə bayramı günü qeyd edilib

22 noyabr 2026 | 14:04

Şəki şəhərində  22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü qeyd edilib.

Əvvəlcə Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elman İmamverdiyev, Şəki regional ədliyyə idarəsinin rəisi vəzifəsini icra edən Zaur Xəlilov, Şəki Penitensiar Müəssisəsinin rəhbər şəxsləri, idarənin və müəssisənin əməkdaşları Şəki şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan dahi şəxsiyyət Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra tədbir iştirakçıları Şəki şəhərində yerləşən şəhidlərin xatirəsinə həsr edilmiş sərgi zalı ilə tanış olublar.

Daha sonra Şəki regional ədliyyə idarəsinin binasında peşə bayramı münasibətilə tədbir  keçirilib.

Tədbir zamanı çıxış edənlər ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Çıxışlarda Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin ədliyyə və hüquq sisteminin formalaşması və inkişafındakı mühüm rolundan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sistemində aparılan islahatlardan bəhs olunub.

Tədbirin sonunda ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə bir qrup ədliyyə işçisinə Şəki Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib.

Keçidlər