Şəkidə əhalinin sağlamlığının təmin olunması sahəsində maarifləndirmə tədbiri keçirilib
“Dayanıqlı Inkişaf Məqsədlərinin icrası istiqamətində həyata keçiriləcək maarifləndirmə tədbirlərinin təşkilinə dair Fəaliyyət Planı”na uyğun olaraq 05 avqust 2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları tərəfindən Şəki Şəhər İcra Hakimiyyətində maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə 9-14 yaşlı övladları olan ana və atalar, eləcə də inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, məktəb direktorları, ağsaqqallar iştirak edib.
Tədbir Ümumdünya Səhiyyə Təşkilatının texniki dəstəyi ilə ölkəmizdə insan papilloma virusuna (HİPV) qarşı peyvəndin tətbiqi və bu peyvəndin 2030-cu ilə qədər rutin immunizasiya təqviminə daxil edilməsi üçün tədqiqat məqsədilə təşkil olunub.







