Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə "Energetiklər Günü" münasibətilə bir qrup şəxs Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub

20 oktyabr 2023 | 17:42

Oktyabrın 20-də "Energetiklər Günü" ilə əlaqədar Şəki Elektrik Şəbəkəsində və Şəki Elektrik Stansiyasında çalışan bir qrup şəxsə Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim olunub.

Bu münasibətlə Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə elektroenergetikləri peşə bayramı münasibətilə təbrik edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, 20 oktyabr 1981-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in birinci enerji blokunun istifadəyə verilməsi ilə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 nömrəli sərəncamı ilə həmin tarix ölkəmizdə “Energetiklər Günü” kimi təsis edilib. Artıq 19 ildir ki, Azərbaycan energetikləri 20 oktyabr tarixini öz peşə bayramları günü kimi qeyd edirlər.

Qeyd olunub ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə son illər respublikamızda enerji sektorunun müasirləşməsi və inkişafı, enerji sisteminin etibarlılığının təmin edilməsi və bu sahədə mükəmməl infrastrukturun yaradılması istiqamətində ardıcıl və kompleks tədbirlər görülür.

Vurğulanıb ki, son dövrlərdə Şəki şəhəri də daxil olmaqla rayonun yaşayış məntəqələrində əhalinin dayanıqlı və fasiləsiz elektrik enerjisi təmin edilməsi istiqamətində əsaslı işlər görülmüşdür.

Keçidlər