Şəkidə "Energetiklər günü" münasibətilə tədbir keçirilib
Oktyabrın 19-da Şəkidə “Energetiklər Günü münasibətilə tədbir təşkil olunub.
Şəki Şəhər İcra Hakimiyyətinin rəhbər şəxslərinin, Şəki Elektrik Şəbəkəsinin və Şəki Elektrik Stansiyasının kollektivlərinin üzvlərinin iştirak etdiyi tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə elektroenergetikləri peşə bayramı münasibətilə təbrik edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov “Energetiklər Günü”nün təsis edilməsinin ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsi olduğunu bildirib. İcra başçısı vurğulayıb ki, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, öz potensialı hesabına enerji təhlükəsizliyinin təminatına 100 faiz nail ola bilib. Bildirib ki, bərpaolunan enerji növlərinin istehsalı enerji sahəsində gündəlikdə duran ən başlıca vəzifələrdən biridir.İşğaldan azad edilmiş ərazilər “yaşıl enerji” zonası elan edilib. Qeyd edib ki, son dövrlərdə Şəki şəhəri də daxil olmaqla rayonun yaşayış məntəqələrində əhalinin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi istiqamətində əsaslı işlər görülüb.
Tədbirdə rayonda elektroenergetika sahəsində əldə etdikləri nailiyyətlərə görə bir qrup şəxsə Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim edilib.