Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə gənclərin iştirakı ilə "Vətən Müharibəsi qəhrəmanları ilə bir gün" adlı görüş təşkil edilib

06 noyabr 2026 | 12:40

8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ərəfəsində Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Vətən Müharibəsi qəhrəmanları ilə bir gün"  adlı  görüş təşkil edilib.

Görüş zamanı orden və medallarla təltif edilmiş müharibə veteranları gənclərlə görüşərək keçdikləri şərəfli döyüş yolundan, Vətən uğrunda göstərdikləri qəhrəmanlıq nümunələrindən bəhs edərək, döyüş xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Onlar tarixi Zəfərin əldə olunmasında xalq-ordu birliyinin, Azərbaycan əsgər və zabitlərinin şücaətinin mühüm rol oynadığını qeyd ediblər.

Vətənə sevgi və sədaqətin, milli-mənəvi dəyərlərə hörmətin əhəmiyyətini xüsusi vurğulayan qonaqlar yetişən nəslin nümayəndələrinə ölkəmizin əldə etdiyi şanlı Zəfərin mahiyyətini dərindən öyrənməyi, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığını daim ehtiramla yad etməyi tövsiyə ediblər.

Görüş zamanı gəncləri maraqlandıran suallar cavablandırılıb.

 

Keçidlər