Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qalibləri mükafatlandırılıb

29 dekabr 2023 | 17:57

Dekabrın 29-da Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qaliblərinin mükafatlandırılmasına dair tədbir keçirilib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, ziyalılar, yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qalibləri və onların müəllimləri iştirak edib.

Əvvəlcə Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Məşələ çevrilən həyat” adlı film nümayiş olunub.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş Ulu Öndər Heydər Əliyevin xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatındakı misilsiz xidmətlərinə qısa nəzər salıb, son 20 ildə Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində əldə olunan yeniliklər və uğurlardan bəhs edib, 2024-cü ildə qarşıda duran vəzifələrə toxunub.

Şəki Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Təbriz Salamov “Heydər Əliyev İli”ndə Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirlər barədə məlumat verib.

Sonra “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qaliblərinin təltif olunması mərasimi keçirilib. Rasim Ocaqov adına Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri Əhmədova Alsu Etibar qızına, Rəsulov Tural Tərlan oğluna, İbrahimxəlilova Nuray Əfqan qızına,  Xəlilov Nemət Rahim oğluna, Məmmədov Rəfael Zamin oğluna, Şəki şəhər 2 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Mustafayeva Elnarə Etibar qızına, Hacıyeva Hüsniyyə Rauf qızına, Hacıyeva Flora Rauf qızına, Şəki şəhər 3 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Davudova Əzizə Bəhruz qızına, Həsənli Sona Anar qızına, məktəbin “Biz sülh göyərçinləriyik” uşaq xor kollektivinə, Şəki şəhər 4 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Mustafayev İbrahim Mayis oğluna,  Məmmədova Səma İlyas qızına, Lətifova Yağmur Əfqan qızına, Xəlilov Ceyhun Sərxan oğluna, Turan qəsəbə uşaq musiqi məktəbinin şagirdi Əliyeva Həqiqət Yasin qızına və Şəki şəhər 17 №-li tam orta məktəbin şagirdi İbrahimli Xədicə Azər qızına Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.

Keçidlər