Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Heydər Əliyev İli” çərçivəsində kitab sərgisi təşkil olunmuşdur

15 iyun 2023 | 17:22

İyunun 15-də Heydər Əliyev İli” çərçivəsində Şəki şəhər Bəxtiyar Vahabzadə adına mədəniyyət və istirahət parkında “TEAS Press” nəşriyyat evi tərəfindən təşkil olunan kitab sərgisinin açılışı olmuşdur.

Sərginin açılışında şəhər rəhbərliyi, yazıçılar, kitabxana işçiləri kitabsevərlər, ictimaiyyət nümayəndələri, şəhər sakinləri iştirak etmişdir.

İki gün davam edəcək  sərginin məqsədi cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etməkdir. Sərgidə bütün kitablar oxuculara 30-70% endirim ilə təqdim olunur.

Sərgi çərçivəsində, həmçinin, yazarlarla görüş və imza saatları keçirilmişdir.

Keçidlər