Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Heydər Əliyev İli” çərçivəsində möhtəşəm bədii-musiqili tədbir keçirilib

11 may 2023 | 15:18

May ayının 10-da Şəkidə “Heydər Əliyev İli” çərçivəsində Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən bədii-musiqili tədbir təşkil olunub.

Bayramsayağı bəzədilmiş Bayraq Meydanında keçirilən tədbirdə respublikamızın tanınmış mədəniyyət və incəsənət xadimləri, o cümlədən yerli mədəniyyət müəssisələrində fəaliyyət göstərən sənət adamları iştirak ediblər.

Bədii-musiqili tədbirdə Ulu Öndəri, həmçinin Azərbaycanı, Vətəni, vətənpərvərliyi özündə ehtiva edən şer və mahnı nümunələri səsləndirilib.

Tanınmış sənət adamlarının, ifaçıların çıxışları və maraqlı rəqs nömrələri tamaşaçılara xoş anlar yaşadıblar.

Bədii-musiqili tədbir atəşfəşanlıqla başa çatıb.

Keçidlər