Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib

24 avqust 2023 | 09:06

“Heydər Əliyev İli” çərçivəsində avqustun 24-də Şəki Şəhər İcra Hakimiyyəti, Şəki Heydər Əliyev Mərkəzi və ADPU-nun Şəki filialının birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib.

Şəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov açaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı sahəsindəki müstəsna xidmətlərindən bəhs edib.

ADPU-nun Şəki filialınin tədris işləri üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülarə Abdullayeva çıxış edərək Azərbaycan dilinin tarixindən, zənginliyindən, həm Sovetlər dönəmində, həm də müstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin ana dilimizin qorunması və inkişafına göstərdiyi qayğıdan, Ulu Öndərin yüksək natiqlik məharətindən, xalqın dili ilə danışmasından, onun rəhbərlik etdiyi dövrdə ədəbiyyatımızın inkişafından geniş söhbət açıb, Azərbaycan dilinin dərindən araşdırılması və təkmilləşdirilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu vurğulayıb, həmçinin, hazırda bu istiqamətdə aparılan dövlət siyasətindən, Prezident cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizin əsas tərkib hissəsi olan ana dilimizin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində gördüyü işlərdən danışıb.

Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr keçirilib, iştirakçılar tərəfindən bir sıra təkliflər verilib.

Keçidlər