Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə "Heydər Əliyevin dövlətçilik fəlsəfəsində davamlı inkişaf konsepsiyası" mövzusunda elmi konfrans keçirilib

07 may 2025 | 14:49

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə mayın 6-da Şəki Şəhər İcra Hakimiyyəti və ADPU-nun Şəki filialının birgə təşkilatçılığı ilə "Heydər Əliyevin dövlətçilik fəlsəfəsində davamlı inkişaf konsepsiyası" mövzusunda elmi konfrans keçirilib.

ADPU-nun Şəki filialının akt zalında keçirilən konfransda Şəki Şəhər İcra Hakimiyyətinin və ADPU-nun Şəki filialının rəhbər şəxsləri, ziyalılar, filialın müəllimləri və tələbələri iştirak edib.

Konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə ADPU-nun Şəki filialının direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Vurğun Məmmədov açıb.

Sonra Ulu Öndər Heydər Əiyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Konfransda "Bizi güclü edən Lider" mövzusunda məruzə ilə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin gələcək nəsillər üçün əhəmiyyətindən bəhs edib.

Konfransda ADPU-nun Şəki filialının elmi işlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nuralı Çələbiyevin "Milli müstəqillik Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin prioriteti kimi", Keyfiyyətin təminatı şöbəsinin müdiri, baş müəllim Nərminə Nəsrullayevanın "Heydər Əliyev ideyalarının Azərbaycan ədəbiyyatında milli özünüdərk prosesinə təsiri", Tələbə Gənclər Təşkilatının sədri Xədicə Abdurahmanlının "Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası və milli dövlət modelinin formalaşması" mövzularında məruzələri dinlənilib.

 Tədbir bədii hissə ilə başa çatıb.

 

Keçidlər