Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa təşkil edilib

26 noyabr 2023 | 12:15

Noyabrın 24-də da Şəki Heydər Əliyev Mərkəzində Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa təşkil edilib.

Dəyirmi masada Şəki Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, hüquqşünaslar, ziyalılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Ziyad Əliəkbərli açıb, Şəki Regional Ədliyyə idarəsinin, Şəki Rayon Prokurorluğunun, Şəki Rayon Məhkəməsinin əməkdaşları çıxış ediblər.

Çıxış edənlər bildiriblər ki, Azərbaycanda hüquqi dövlət quruculuğu Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Müasir hüquq sisteminin qurulması və inkişaf etdirilməsi Ulu Öndərin dövlətçilik konsepsiyasında xüsusi və mərkəzi yer tuturdu. Ümummilli Lider Heydər Əliyev ölkədə hüquqi dövlətə xas olan qanunçuluğun, ədalət və hüquq qaydasının təmin olunması sahəsində qətiyyətli və cəsarətli addımlar atdı, gələcəyə hesablanan ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirdi. Demokratik hüquqi dövlət quruculuğunda Ulu Öndər Heydər Əliyevin ən böyük əməyi müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanması və qəbul edilməsi oldu. Ümummilli Liderin müəllifi olduğu və 1995-ci il noyabrın 12-də Azərbaycanın tarixində ilk dəfə olaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olundu.

Qeyd olunub ki, Ümummilli Liderin başladığı köklü islahatların nəticəsində müasir Azərbaycan hüquq sisteminin inkişafı davamlı prosesə çevrilib. Həyata keçirilən səmərəli hüquqi islahatlar bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Keçidlər