Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə idmanın kütləviliyinin artırılması, insanların istirahətinin təşkili diqqət mərkəzində saxlanılır

24 mart 2024 | 16:51

Ölkəmizdə idmanın kütləviliyini artırmaqla bağlı Azərbaycan Respublikası Prezidentinin verdiyi tapşırıq və tövsiyələrin icrası istiqamətində şəhər icra hakimiyyəti tərəfindən şəhər və kəndlərimizdə yeni idman qurğularının qurulması sahəsində tədbirlər müəyyənləşdirilmişdir. Vətəndaşlarımızın bu qurğulardan istifadə etməsi üçün əlçatanlığın təmin edilməsi məqsədilə şəhərin Şəkincki küçəsi 20 və 20A saylı, Bağbanlar küçəsi, 51, 53, 59, 67 saylı çoxmənzilli yaşayış binalarının həyətyanı sahəsində asfalt örtüyü çəkilməklə istirahət guşəsi salınmış, mini futbol meydançası yaradılmış, ətrafları metal torla hasara alınmış, ərazidə uşaqların və böyük yaşlı insanların istifadəsi üçün idman alətləri olan turniklər, paralel qollar quraşdırılmış, azyaşlıların istifadəsi üçün yelləncək qoyulmuş, istirahət üçün oturacaqlar quraşdırılmışdır. Həmçinin N.Nərimanov küçəsi, 2, 2a, 2b saylı çoxmənzilli yaşayış binaları yerləşən ərazidə, futbol meydançası yaradılmış, ətrafı metal torla hasara alınmış, idman alətləri, istirahət üçün oturacaqlar quraşdırılmışdır.
O cümlədən, Heydər Əliyev Mərkəzinin yerləşdiyi “İnzibati Mərkəz” kompleksində və Baltalı kəndində bütün növ idman alətlərindən istifadə etməklə müasir idman qurğuları inşa edilərək vətəndaşların istifadəsinə verilmişdir.
Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən müasir idman qurğularının inşası və yenidənqurulması işləri qarşıdakı illərdə də davam edəcəkdir.

Keçidlər