Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib

26 may 2025 | 09:43

Dövlət İmtahan Mərkəzi mayın 25-də Şəkidə II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.

İmtahanların keçirilməsi üçün Şəkidə 7 bina ayrılıb. İştirakçıların imtahan binalarına rahat şəkildə daxil olmaları üçün binalara müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

DİM-in regional bölməsindən verilən məlumata görə, ümumilikdə 1613 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 20 imtahan rəhbəri və 155 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 128 zal ayrılıb.

Qeyd edək ki, bütün imtahan mərkəzlərində II və III ixtisas qrupları üzrə qəbul imtahanı mövcud təlimata uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.

 

Keçidlər