Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə kənd təsərrüfatı işçilərinin peşə bayramı qeyd edilib

01 noyabr 2022 | 17:02

1 noyabr - Kənd təsərrüfatı işçiləri günü münasibətilə Şəki şəhəri Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Tədbirdə rayon rəhbərliyi, kənd təsərrüfatı işçiləri, yerli icra və bələdiyyə orqanlarının nümayəndələri və fermerlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən aqrar islahatlar nəticəsində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində mühüm işlərin görüldüyünü, aqrar sektorun dayanıqlı inkişafının təmin edildiyini bildirib. İcra başçısı rayonda kənd təsərrüfatının ihkişafı sahəsində həyata keçirilən tədbirlərdən və əldə olunan uğurlardan danışıb, kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək işlərində yüksək nailiyyətlər arzulayıb.

Digər çıxış edənlər rayonda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində görülmüş işlərdən,  qarşıda duran vəzifələrdən bəhs ediblər, kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə təbrik ediblər.

Sonda cari ildə yüksək istehsal göstəriciləri əldə edən bir qrup kənd təsərrüfatı məhsulları istehsakçısına Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.

Keçidlər