Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Konstitusiya və Suverenlik İli: mədəni dəyərlər və milli birlik” mövzusunda elmi-praktik konfrans keçirilib

27 may 2025 | 18:01

Mayın 27-də “Konstitusiya və Suverenlik İli çərçivəsində Şəki Şəhər İcra Hakimiyyəti və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli: mədəni dəyərlər və milli birlik” mövzusunda elmi-praktik konfrans keçirilib.

Şəki Regional Elmi Mərkəzində keçirilən konfransda Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı, Bakı Xoreoqrafiya Akademiyasının elmi katibi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Həbibə Məmmədova, Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü, ziyalılar, mərkəzin əməkdaşları iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə Şəki Regional Elmi Mərkəzinin diektoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü açıb, mövzu ilə bağlı fikirlərini bildirib.

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı çıxış edərək  2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunmasının dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda, postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin dəqiqləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini, bu qərarın  dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından vacib rolu olduğu, sərəncamın ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə etdiyini bildirib.

Konfransda Bakı Xoreoqrafiya Akademiyasının elmi katibi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının aparıcı elmi işçisi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Həbibə Məmmədovanın “Müasir dövrdə Azərbaycan mədəniyyətinin inkişafında dövlət siyasətinin rolu” mövzusunda, Şəki Regional Elmi Mərkəzin “Tarix, arxeologiya və epiqrafika” şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Rahim Həsənovun “Azərbaycançılıq milli birliyimizin təməl daşıdır“ mövzusunda, Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, dosent Kamil Adışirinovun “Azərbaycan mədəniyyətinin və ədəbiyyatının hamisi: fenomen və dahi şəxsiyyət” mövzusunda, Şəki Regional Elmi Mərkəzin “Tarix, arxeologiya və epiqrafika” şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif  Məmmədlinin Azərbaycan Konstitusiyası milli birliyimizin təminatıdır mövzusunda məruzələri dinlənilib.

Tədbirdə “Konstitusiya və Suverenlik İlinə həsr olunmuş  videoçarx nümayiş etdirilib.

Keçidlər