Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə media nümayəndələri ilə görüş keçirilib

23 iyul 2026 | 12:44

İyulun 22-də Şəkidə və bölgədə fəaliyyət göstərən media nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, başçının birinci müavini Elman İmamverdiyev, YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Çay süfrəsi ətrafında səmimi söhbət əsnasında keçirilən görüş maraqlı müzakirələrlə yadda qalıb.

Görüşdə Azərbaycan mətbuatının keçdiyi şərəfli inkişaf yolundan bəhs edilib,  hazırda ölkədə media sahəsinin inkişafı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial rifahının yüksəldilməsi istiqamətində görülən ardıcıl tədbirlərdən, müasir medianın problemlərindən söz açılıb, rayonda dövlət qurumlarının media ilə səmərəli əməkdaşlığının bundan sonra da davam edəcəyi vurğulanıb, həmçinin, media nümayəndələrini maraqlandıran sullar cavablandırılıb.

Görüşdə iştirak edən media nümayəndələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, eyni zamanda rayon  rəhbərliyinə təşəkkür ediblər.

Keçidlər