Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə müharibə iştirakçılarına həsr olunmuş "Yaralı ruhlar" filminin təqdimatı olub

23 aprel 2026 | 17:41

Aprelin 23-də Şəki Dövlət Dram Teatrında “Urfansoy Film” stusiyası tərəfindən çəkilmiş, müharibə iştirakçılarına həsr olunmuş "Yaralı ruhlar" filminin təqdimatı olub.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, filmin yaradıcı heyətinin, şəhid ailələrinin üzvləri, müharibə əlilləri və veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində dövlət himni səsləndirilib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra"Yaralı ruhlar" filmi nümayiş olunub.

Filmin nümayişindən sonra çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, tanınmış rejissor və ssenarist Vahid Mustafayev, AR Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin əlbəyaxa döyüş üzrə baş məşqçi-müəllimi, Beynəlxalq Döyüş və Xüsusi Hazırlıq Federasiyasının prezidenti, Əməkdar məşqçi Rəsul Məmmədov çıxış edərək həssas mövzunu cəsarətlə ekranlaşdıran yaradıcı heyəti növbəti uğurları münasibətilə təbrik ediblər, filmin çəkilişlərində xidməti olan insanlara təşəkkür ediblər. Qeyd olunub ki, dövlət hər zaman Azərbaycanın suverenliyi, torpaqlarımızın bütövlüyü naminə canlarından keçən şəhidlərimizin ailələrinin, sağlamlıqlarını itirən qazilərimizin yanındadır. Vurğulanıb ki, şəhid ailələri və müharibə iştirakçılarına qayğı mənəvi borcumuzdur.

"Yaralı ruhlar" filminin ssenari müəllifi, quruluşçu rejissoru və prodüseri, Vətən müharibəsi qazisi  Taleh Urfansoy çıxış edərək filmin çəkilişlərində onlara dəstək göstərən qurumlara  təşəkkür edib.

Müharibə iştirakçılarına həsr olunmuş “Yaralı Ruhlar” filmini yüksək peşəkarlıq, böyük məsuliyyət hissi və vətənpərvərlik ruhu ilə ərsəyə gətirdiyinə görə “Urfansoy Film” komandası Şəki Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təltif olunub.

 

 

Keçidlər