Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə "Müstəqilliyin bərpasına aparan yolun başlanğıcı" adlı tədbir keçirilib

17 noyabr 2026 | 17:58

Noyabrın 17-də Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Tibb Kollecinin birgə təşkilatçılığı ilə 17 Noyabr - Milli Dirçəliş Gününə həsr edilmiş "Müstəqilliyin bərpasına aparan yolun başlanğıcı" adlı tədbir keçirilib.

Şəki Tibb Kollecinin akt zalında keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, kollecin rəhbər şəxsləri və əməkdaşları, tələbələr iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda bildirilib ki, 1988-ci il noyabrın 17-də başlayan hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir. Bu hadisələr Azərbaycanda ictimai-siyasi fikirdə dönüş yaratdı və sonradan müstəqilliyin bərpasına aparan ideoloji zəmini formalaşdırdı. Həmin Meydan hərəkatı tariximizdə Milli Dirçəliş Günü kimi təsdiqini tapdı, Azərbaycan xalqının tarixi yaddaşının oyanmasında, istiqlaliyyət mübarizəsində bir hadisə oldu.

Qeyd olunub ki, Azərbaycanın müstəqilliyi Ulu Öndər Heydər Əliyevin sayəsində əbədi və dönməz xarakter alıb.

Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi varisi və layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizi yeni inkişaf yoluna çıxardı, Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə, beynəlxalq layihələrin təşəbbüskarına çevirdi. Tarixi Zəfərimiz xalqımızın yenilməzliyinin, məğrurluğunun dünyaya təqdimatıdır.

Tədbirdə 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbir kollec tələbələrinin ifa etdiyi musiqi nömrələri ilə yekunlaşıb.

Keçidlər