Şəkidə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib
26 İyun - Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar iyunun 13-də Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə xarakterli tədbir keçirilib.
Tədbirdə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndəsi, Şəki Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, təhsil işçiləri, gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açıb və mövzunun aktuallığına toxunub.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndəsi Şahin İsmayılov narkotik asılılığı və onun zərərləri haqqında təqdimatla çıxış edib. Tədbirdə digər çıxış edənlər narkomaniyanın doğurduğu faciələr, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, gənclərin bu bəladan qorunması, onların asudə vaxtın səmərəli təşkil olunması sahəsində həyata keçirilən tədbirlərdən bəhs ediblər.Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilmişdir.