Şəkidə payız-qış mövsümünə hazırlıqla bağlı Şəki Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib
Oktyabrın 23-də Şəki şəhərində 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlıqla bağlı Şəki Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun rəhbərliyi ilə keçirilən Şura iclasında mövsümlə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr ətrafında geniş müzakirələr aparılıb.
Şura iclasında payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar şəhər təsərrüfatında görülmüş işlər və qarşıda görülməsi vacib olan məsələlər haqqında ətraflı məlumat verib.
Bildirilib ki, şəhər təsərrüfatının payız-qış mövsümünə hazır olması, əhalinin təbii qaz, elektrik enerjisi və içməli su ilə fasiləsiz təmin edilməsi məqsədilə Şəki Şəhər İcra Hakimiyyətində tədbirlər planı hazırlanıb və bu tədbirlərin icrası istiqamətində bir sıra işlər görülüb.
Qeyd olunub ki, əlaqədar qurumların qarşısında duran əsas vəzifə mövcud infrastrukturdan səmərəli istifadə edərək payız-qış mövsümünə hazırlıq işlərini vaxtında və yüksək keyfiyyətlə başa vurmaqdır.
Sonra əlaqədar qurumların rəhbərləri payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər haqqında məlumat veriblər.
İclasda görülən işlərin sürətləndirilməsi, mövcud problemlərin qısa müddət ərzində aradan qaldırılması ilə bağlı tapşırıqlar verilib.







