Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə qanunsuz tikintilərin qarşısının alınmasına həsr olunmuş tədbir keçirilib

21 noyabr 2023 | 18:24

Noyabr ayının 21-də Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında rayon ərazisində şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin həyata keçirilməsinə və qanunsuz tikintilərin qarşısının alınmasına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki Şəhər-Rayon Polis şöbəsinin rəhbərliyi, polis sahə rəisləri, İHB-nın kənd və qəsəbə İƏD üzrə nümayəndələri, bələdiyyə sədrləri, müvafiq idarə və təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq, rayon ərazisində şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə görülən işlərdən danışmış, müvafiq sənədləri olmadan aparılan qanunsuz tikinti işlərinin qarşısının alınması üçün qanunvericiliyin tələbələrinə uyğun tədbirlərin görülməsini aidiyyəti şəxslərdən tələb edib.

Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Həsənov, Şəki Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Ziyad Əliəkbərli, Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar vəzifəsini icra edən Cahangir Nəbiyevçıxış edərək qanunsuz tikintilərlə mübarizənin hüquqi cəhətdən tənzimlənməsi məsələlərinə toxunub, özbaşına tikintilərin qarşısının alınması istiqamətində görülən işlərdən və qarşıda duran mühüm vəzifələrdən söz açıblar.

Qeyd olunub ki, layihə sənədləri razılaşdırılmadan, müvafiq icazə və rəy alınmadan, fərdi yaşayış evi adı altında qeyri-yaşayış obyekti kimi inşa edilən tikinti işlərinin qarşısının alınmasına diqqət artırılmalıdır. Bildirilib ki, şəhər icra hakimiyyətinin mütəxəssisləri şəhər ərazisində keçirdikləri monitorinq zamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin tələbləri gözlənilmədən fərdi yaşayış evinin tikintisinə başladıqlarına görə barələrində inzibati protokollar tərtib edilmiş və aidiyyatı üzrə məhkəməyə göndərilmişdir.

Vurğulanib ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”  PHŞ-nın ərazi idarəsi tərəfindən vətəndaşlara məxsus fərdi yaşayış evlərinə çıxarış verilərkən təqdim edilən layihələrin uyğunluğunun şəhər icra hakimiyyəti tərəfindən yoxlanıldığına, fərdi yaşayış evlərinə təşkilatlar tərəfindən təbii qaz, su və işıq xətti çəkilərkən vətəndaşın torpaq sahəsi və üzərindəki tikiliyə mülkiyyət hüququnun olduğuna diqqət yetirilməlidir.

Bildirilib ki, ərazidə aparılan qanunsuz tikinti işlərinə görə həmin inzibati ərazi dairəsi üzrə nümayəndələr məsuliyyət daşıyırlar, polis sahə rəisləri və bələdiyyələr də bu məsələdə onlara köməklik göstərməlidirlər. Diqqətə çatdırılıb ki, bu sahədə monitorinqlər davam edəcəkdir.

Keçidlər