Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir

03 mart 2023 | 13:05

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında 30 dekabr 2022-ci il tarixli 819s nömrəli Sərəncamı ilə təsdiq edimiş Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin koordinasiyalı icrasının təmin edilməsi məqsədilə qeyd edilən sərəncama uyğun olaraq yaradılmış Regional Əlaqələndirmə Mərkəzinin Şəki Şəhər İcra Hakimiyyətindən və Qida Təhlükəsizliyi Agentliyinin Şəki Regional bölməsindən olan üzvlərinin, həmçinin yerli özünüidarəetmə orqanlarının nümayəndələrinin iştirakı ilə Şəki rayonunun Vərəzət və Baş Zəyzid kəndlərində  qəhvəyi mərmər bağacığına qarşı monitorinq və maarifləndirmə tədbirləri həyata keçirilmişdir.

Kəndlərdə əhali ilə görüşlər zamanı zərərverici haqqında məlumat verilmiş, bukletlər paylanılmış, həmçinin bir sıra ev və ticarət obyektlərində baxışlar keçirilərək müvafiq aktlar tərtib edilmişdir.

Onu da qeyd edək ki, bu günədək Şəki rayonu ərazisində qəhvəyi mərmər bağacığı aşkar edilməmişdir.

Keçidlər