Şəkidə qəhvəyi mərmər bağacığına qarşı mübarizəyə həsr olunmuş görüş keçirilib
Avqustun 21-də Şəki Şəhər İcra Hakimiyyətində qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması sahəsində görülən işlərə həsr olunmuş görüş keçirilib.
Görüşdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elman İmamverdiyev, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki mühafizəsi və fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisi Ceyhun İbrahimov, aidiyyəti qurumların rəhbərləri, kənd və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, femerler iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2022-ci il tarixli, 819s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı”na uyğun olaraq rayon ərazisində aparılan mübarizə tədbirləri haqqında məlumat verilmiş, bu sahədə mövcud vəziyyət müzakirə olunmuş, həmçinin, əldə olunan nəticələri qiymətləndirilərək növbəti dövr üçün görüləcək tədbirlər müəyyənləşdirilmişdir.
Görüşdə fermerləri maraqlandıran suallar cavablandırılmışdır







