Şəkidə qocaman pedaqoq Afərdə Əmrahovanın 100 yaşı qeyd olunub
Şəkidə uzun müddət pedaqoji fəaliyyətlə məşğul olan Afərdə Əmrahovanın 100 illik yubileyi qeyd olunub.
Bu münasibətlə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Xəyalə Töhrablı və şöbə müdirinin müavini Sadiq Yusifov qocaman müəllimi yaşadığı ünvanda ziyarət edərək təbrik ediblər.
1925-ci ildə anadan olan Afərdə Əmrahova ziyalı ailəsində dünyaya göz açıb. Ailədə 8 bacı olublar, 8-də ziyalı, müəllim olub. Afərdə müəllimə ömrünün 37 ilini Şəki Şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində pedaqoji fəaliyyətə həsr edib. Afərdə müəllimənin həyat yoldaşı da müəllim olub, nəvələrindən biri də hazırda müəllimdir.
Görüş zamanı yubilyarın yorulmaz pedaqoji fəaliyyətindən bəhs olunub, Afərdə müəllimə şagirdləri ilə bağlı xatirələrindən danışıb.
Sonda Afərdə Əmrahova və ailə üzvləri göstərilən diqqətə görə təşəkkür ediblər.
100 yaşlı yubliyara Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi adından hədiyyə təqdim edilib.







