Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə rəssam və sənətkarların əsərlərindən ibarət sərgi açılıb

03 iyul 2025 | 09:49

İyulun 2-də Şəki Dövlət Dram Teatrında yerli rəssam və tətbiqi-dekorativ sənət ustalarının əsərlərindən ibarət “Gələrsən, görərsən” adlı sərgi açılıb.

Azərbaycan Rəssamlar İttifaqının Şəki təşkilatının təşəbbüsü ilə təşkil olunan sərgidə 50-dək şəkili rəssam və sənətkarın 110 əsəri nümayiş olunur.

Sərginin açılışında şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, Rəssamlar İttifaqının Şəki təşkilatının sədri Tahir Həmidli, Əməkdar incəsənət xadimi, Xalq artisti, rejissor, professor Cahangir Novruzov, Əməkdar rəssam, Türkiyənin Yeditepe Universitetinin professoru Teymur Rzayev və sərginin kuratoru Elçin Mustafayev çıxış edərək, tədbirin keçirilməsinin Şəkinin mədəni həyatında əlamətdar hadisə olduğunu bildirib, belə sərgilərin təşkilinin bu qədim diyarın mədəni irsinin təbliğinə, şəkili rəssamların, sənətkarların, dekorativ-tətbiqi sənət ustalarının yaradıcılığının inkişaf etdirilməsinə müsbət təsir göstərdiyini vurğulayıblar.

 

Keçidlər