Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə şəhid ailələri üçün bayram süfrəsi təşkil olunub

09 iyul 2022 | 18:08

İyulun 9-da Qurban bayramı münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailələri üçün bayram süfrəsi təşkil olunub.

Bayram süfrəsində əvvəlcə şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna dualar oxunub.

Şəhid ailələrini bayram münasibətilə təbrik edən Şəki Şəhər  İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, qəhrəman əsgər və zabitlərin fədakarlığı, şəhidlərin canı-qanı bahasına Azərbaycanın ərazi bütövlüyü təmin olunub.  Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Ordumuzun Vətən müharibəsindəki Zəfəri xalqımızın əyilməz ruhunun təntənəsidir. İcra başçısı şəhid ailələrinin, müharibə veteranlarının və əlillərin dövlət qayğısı ilə əhatə olunduğunu, onların sosial müdafiəsinin gücləndirilməsinin daim diqqətdə saxlanıldığını vurğulayıb.

Görüşdə iştirak edən Millət vəkili Vüqar İskəndərov şəhid ailələrinin üzvlərini bayram münasibətilə təbrik edib, müqəddəs Qurban bayramının xeyirxahlıq, həmrəylik kimi ali dəyərləri özündə birləşdirən xüsusiyyətlərindən danışıb,  başımızı uca edən şəhidlərimizin ailə üzvlərinə hörmət və ehtiramın daim uca tutulduğunu qeyd edib, şəhid ailələrinə, qazilərə göstərilən yüksək diqqət və qayğıdan söhbət açıb.

Görüşdə çıxış edən şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər.

Görüşün sonunda şəhid ailələrinə ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim edilib.

Keçidlər