Şəkidə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb.
Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olduğunu vurğulayıb, dövlətimiz tərəfindən dini-mənəvi dəyərlərə böyük önəm verilməsindən bəhs edib, son müddət regionumuzda cərəyan edən proseslərə toxunub.
İftar süfrəsində “Quranı Kərim”dən ayələr oxunub, dualar edilib.
Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.







