Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə şəhid ailələrinin üzvləri, qazilər məktəblərdə Anım Gününə həsr olunmuş dərslərdə iştirak ediblər

27 sentyabr 2023 | 10:12

Sentyabrın 27-də Şəkidə təhsil müəssisələrində ilk dərs Vətən müharibəsi və Anım Günü mövzusuna həsr edilib, bir sıra təhsil müəssisələrində tədbirlər keçirilib.

Şəki Şəhər İcra hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər məktəblərdə Anım Gününə həsr olunmuş dərslərdə iştirak ediblər.

İlk dərslərdə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, bayrağımızı işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncamla sentyabrın 27-si tarixinin Azərbaycan Respublikasında Anım Günü elan edildiyi vurğulanıb. Sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş hərbi əməliyyatların Azərbaycan tarixinə Vətən müharibəsi kimi düşdüyü, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda müharibədə əsgər və zabitlərimizin əsl qəhrəmanlıq nümunələri yaratdığı bildirilib.

Dərslərdə Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə duruş gətirə bilməyən düşmənin xalqımızın iradəsini sarsıtmaq məqsədilə günahsız mülki insanları hədəfə almasından, müharibə cinayətləri törətməsindən, bütün bunlara baxmayaraq torpaqlarımızın qəhrəman şəhidlərin qanı və canı bahasına işğaldan azad edilməsindən, müharibə dövründə Azərbaycan xalqının birlik və həmrəyliyindən, Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşməsindən ətraflı bəhs olunub.

Keçidlər