Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsinə həsr olunmuş "Yarım qalan arzular" adlı ədəbi-bədii gecə təşkil olunub.

10 iyun 2026 | 17:05

10 iyun 2026-cı il tarixdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzinin, Mirzə Fətəli Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Narınqala şəhər Folklor evinin və Şəki şəhər 4 saylı Uşaq Musiqi məktəbinin təşkilatçılığı ilə İkinci Qarabağ müharibəsi şəhidi Məmmədiyə Cabbarzadənin xatirəsinə həsr olunmuş "Yarım qalan arzular" adlı ədəbi-bədii gecə təşkil olunub.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki Zaqatala Regional Mədəniyyət İdarəsinin, YAP Şəki rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, təhsil və mədəniyyət işçiləri, şəhər ictimaiyyətinin nümayəndələri  iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə şəhidin xatirəsinə həsr olunmuş fotosərgi ilə tanış olublar.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra şəhid Məmmədiyə Cabbarzadənin həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.

Çıxış edənlər Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığından, şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıblar, şəhidlərin, o cümlədən Məmmədiyə Cabbarzadənin Vətən naminə canından keçməsinin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu qeyd ediblər.

Şəki şəhər 4 nömrəli Uşaq Musiqi məktəbinin müəllimlərindən ibarət ansamblın ifasında vətənpərvər motivli musiqilər səsləndirilib, tədbir boyu kompozisiyalar nümayiş etdirilib.

Keçidlər