Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə şəhid və qazi övladları üçün Yeni il şənliyi keçirilib

30 dekabr 2024 | 17:04

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti ilə Şəki Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə Şəkidə şəhid və qazi övladları üçün Yeni il şənliyi təşkil edilib.

Bayram şənliyində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, şəhid ailələrinin üzvləri, qazilər, şəhid və qazi övladları iştirak edib.

Uşaqlar Şəki Dövlət Dram Teatrında yeni ilin gəlişi ilə əlaqədar hazırlanmış  “Oyuncaqların qış nağılı” adlı tamaşaya baxıblar. Nağıl-tamaşanın quruluşçu rejissoru və baletmeysteri Elvin Nuri, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Günay Hidayətova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Tamaşada rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Fərahim Fətəliyev, Rəşad Rüstəmov, Arzu Mustafayeva, Nərmin Abbasova və başqaları ifa ediblər.

Tamaşanın sonunda Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən uşaqlara bayram hədiyyəsi təqdim olunub.

Keçidlər