Şəkidə şəhid və qazi övladları üçün Yeni il şənliyi təşkil edilib
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti ilə Şəki Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə Şəkidə şəhid və qazi övladları, uşaq evində və internat tipli gimnaziya tərbiyə alan, həmçinin sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib.
Bayram şənliyində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi də iştirak edib.
Uşaqlar Şəki Dövlət Dram Teatrında yeni ilin gəlişi ilə əlaqədar hazırlanmış "İnəkgül və Şimşəkgülün yeni il macərası" adlı nağıl-tamaşaya baxıblar. Nağıl-tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu və geyim üzrə rəssamı Dilşad Şirinova, xoreoqrafı Elvin Nuri, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Tamaşada rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Rəşad Rüstəmov, Fərahim Fətəliyev, Pərviz İsmayılov, İlkin Rüstəmov, Sənubər İsrafilova, Qurban Rəsulov, Nazilə İmamhüseynova, Elvin Mabudov, Nərmin Abbasova, Azad Məmmədov, Nuranə Mirzəliyeva, Gülxar İmamhüseynova, Arzuman Abdullazadə, Yaqub Lətifzadə ifa edirlər.
Təşkil olunmuş şənlik balacalara yeni il ərəfəsində böyük sevinc və bayram əhvali-ruhiyyəsi bəxş edib.







