Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə şəhid və qazi övladlarına məktəb ləvazimatları və hədiyyələr təqdim olunub

26 avqust 2024 | 16:18

Şəkidə şəhid və qazilərin kiçikyaşlı övladlarına Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəb ləvazimatları və hədiyyələr təqdim olunub.

Bu münasibətlə keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, şəhid və qazi övladları, onların valideynləri iştirtak ediblər.

Tədbirin əvvəlində ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə, o cümlədən rayonda şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan danışıb, uşaqları yeni tədris ilinin başlaması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Sonra "YAŞAT" Fondu tərəfindən “Hədiyyə Karvanı” layihə çərçivəsində göndərilən hədiyyələr, həmçinin yerli iş adamının dəstəyi ilə əldə olunmuş  məktəb ləvazimatları şəhid və qazi övladlarına təqdim olunub.

Keçidlər