Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə şəhidlər Rizvan Əhmədovun və Bəxtiyar İdrisovun xatirəsi anılıb

01 noyabr 2023 | 11:46

Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə müzəffər Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Şəki rayonunda da ehtiramla anılıb.

Oktyabr ayının 30 və 31-də Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri antiterror tədbirləri zamanı şəhadətə yüksəlmiş rayonun Cumakənd kənd sakini, kiçik gizir Əhmədov Rizvan Niyazi oğlunun və  Aşağı Layısqı kənd sakini, əsgər İdrisov Bəxtiyar İxtiyar oğlunun məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar.

Anım tədbirlərində şəhidlərin vətənpərvərliyindən, qəhrəmanlığından söz açılıb, onların əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi vurğulanıb.

Şəhidlərin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər